NATO-nun hərbi xərcləri 18% artdı

 NATO-nun hərbi xərcləri 18% artdı
NATO-nun mumi hərbi xərcləri 2024-cü ildə keçən illə müqayisədə 18% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşündə bildirib.
“Bu gün biz hərbi xərclərlə bağlı yeni rəqəmlər dərc edə bildik. Avropa və Kanadadan olan NATO ölkələri hərbi xərclərini 18% artırıb və bu gün 23 ölkə ÜDM-in 2%-nə çatıb”, - Stoltenberq bildirib.
O vurğulayıb ki, bu, NATO-nun hərbi xərclərində son onilliklərdəki ən böyük artımdır və bu, ABŞ üçün yaxşıdır, çünki pulun üçdə ikisi ABŞ-dəki hərbi sifarişlərə gedir.
Qeyd edək ki, bundan əvvəl Vaşinqtondakı Vudro Vilson Mərkəzində çıxış edən Stoltenberq bildirib ki, son iki ildə Avropa ölkələrinin ABŞ-yə verdiyi hərbi sifarişlərin həcmi 140 milyard dollar təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...