Abşeronda şəhid doğum günündə anıldı - Abşeronda şəhid doğum günündə anıldı - Fotolar

Abşeronda şəhid doğum günündə anıldı -
Həyata keçirilmiş uğurlu antiterror tədbirləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunan Murad Arzullayevin anadan olmasının 26-cı ildönümü Xırdalan şəhərində qeyd edilib.

Gundeminfo.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak edib.

İştirakçılar Fəxri Xiyabanda qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Xırdalan şəhərində davam edən tədbirdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışıb. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəlməsi ilə haqq ədalət bərpa olunub: “İşğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparılır. Soydaşlarımız böyük sevinclə öz yurdlarına dönür”.

Sonra şəhid Murad Arzullayevin atası Təvəkkül Arzullayev, Abşeron rayon Ağsaqqallar şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov və digərləri çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər.

RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova şəhid Murad Arzullayevin əvvəllər yaşadığı evə gələrək onun ailə üzvləri ilə görüşüblər. Ailənin qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib.

Abşeronda şəhid doğum günündə anıldı -
Abşeronda şəhid doğum günündə anıldı -
Abşeronda şəhid doğum günündə anıldı -
Abşeronda şəhid doğum günündə anıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...