Sərhəddə kritik görüş: 8 kənd qaytarılır?

Sərhəddə kritik görüş:
Noyabrın 30-da Azərbaycan və Ermənistanın dövlət rəsmiləri delimitasiya məsələlərini müzakirə etmək üçün iki ölkənin sərhəd ərazisində görüşəcək.

Artıq bu məlumat iki ölkənin XİN rəbərləri təsdiq edib.

Delimitasiya məsələləri bundan əvvəl Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında müzakirə olunub. Bu görüşlərin bir çoxu Moskvanın vasitəçiliyi ilə baş tutub. Görüş Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra ilk dəfə baş tutacaq.

Bir çox ekspert görüşdə Qazaxın Ermənistanın nəzarətində olan 8 kəndi barədə müzakirələr aparılacağını bildirib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu Cebhe.info-ya şərhində qeyd edib ki, sərhədlərin delimitasiyası və digər məsələlərin nizamlanması üzrə ikitərəfli şəkildə görüşlərin keçirilməsi müsbət nəticələr doğura bilər:

“Noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində hər iki tərəfəndən delimitasiya üzrə komissiyanın nümayindələrinin görüşünün keçirilməsi yeni bir vəziyyətdən xəbər verir. Hesab edirəm ki, belə bir görüşün keçirilməsi səmərəli nəticələrə gətirib çıxara biləcək ən münasib yoldur.

Əlbəttə, bu görüşdə hansı məsələlərin müzakirə olunacağı aydındır. İlkin olaraq müvafiq kartoqrafik xəritələrə əsasən Azərbaycan-Ermənistan sərhəd ərazilərinin qarşılıqlı delimitasiyası barədə müzakirələr aparılacaq.

Təbii ki, müvafiq kartoqrafik xəritələrə əsasən delimitasiya başa çatdıqdan sonra sərhəd ərazilərin demarkasiya prosesi başlayacaq. Yəni hər iki ölkə arasında sərhəd ərazilərin delimitasiyası hüquqi qaydada təsdiq olunmalıdır.

Lakin bu görüşdə delimitasiya üçün hansı kartoqrafik xəritələrin nəzərdən keçiriləcəyi və hansı müvafiq materiallardan istifadə olunacağı hələ də sual altındadır. Əsas aktual məsələ məhz budur. Yəqin ki, görüş iştirakçıları hansı xəritədən istifadə olunacağını çox yaxşı bilirlər.

Bütün hallarda heç bir vasitəçi olmadan bu görüşün keçirilməsi önəmlidir. Bu, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı ikitərəfli şəkildə danışıqların aparılması üçün müəyyən ümidlər yaradacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...