Vartanyanın etirafı: Vardenis Basarkeçərdir

Vartanyanın etirafı:
Məlum olduğu kimi, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Bu isə öz növbəsində indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpağı olduğunu inkar etmir.

Bəli, bu tarixi faktdır. Bunu ermənilərin özləri də bilirlər. Bilirlər və bəzən, hətta təsadüfən, ictimaiyyət qarşısında etiraf edirlər. Məsələn, bu yaxınlarda Ermənistan telekanallarının birində çıxış edən erməni ictimai-siyasi xadimi və publisist Arkadi Vartanyan kimi.

Belə ki, onun sözlərinə görə, “Azərbaycan Zəngəzurda polis əməliyyatı həyata keçirməyə cəhd edə bilər”.

“Yaxud Vardenisin azərbaycanca keçmiş adı olan Basarkeçər adının qaytarılmasını tələb edəcək”, - deyə Vartanyan bildirib.

Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın ərazisi və ya azərbaycanlı mülki əhali üçün təhlükə yaranarsa, Bakı həqiqətən də Zəngəzurda polis əməliyyatı keçirə bilər. Ancaq Arkadi Arşaviroviçin 1969-cu ildən əvvəl Vardenisin necə adlandığını xatırlaması isə çox gözəldir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...