Rasim Məmmədovun cəzası azaldıldı

Rasim Məmmədovun cəzası azaldıldı

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb. GUNDEMİNFO.AZ APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb. Maraqlı şəxsin şikayəti isə təmin olunmayıb.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...