Rayonlara qar yağıb - Faktiki hava

  Rayonlara qar yağıb -
Əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Ağdərədə 9 sm, Qaxda 7 sm, Naxçıvan, Şahbuz, Lerikdə 1 sm olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 6.0 mm, Lənkəranda 5.0 mm, Göytəpə, Astarada 4.0 mm, Ağdərə, Cəfərxanda 3.0 mm, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2.0 mm, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında : Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1.0 mm-dək olub.

Duman Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Şamaxı, Qobustan, Quba, Xaltan, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Cəfərxan, Salyan, Biləsuvar, Hacıqabul, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11° isti, Naxçıvan MR-da 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...