İran parlamentindən ilk rəy: “Nəticəni gözləməliyik“

İran parlamentindən ilk rəy:
"Kəşfiyyat və təhlükəsizlik orqanları yekun nəticə əldə olunana qədər bu işi diqqət mərkəzində saxlaycaq".

GUNDEMİNFO.AZ IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vəhid Cəlalzadə deyib.

O, Tehrandakı Azərbaycan Respublikası səfirliyinə hücumu pisləyib. Həmçinin səfirlik əməkdaşlarından birinin ölümü ilə bağlı Azərbaycan xalqına və Azərbaycan hökumətinə başsağlığı verib.

"Azərbaycan Respublikasının diplomatları İslam Respublikasının qonaqlarıdır və beynəlxalq müqavilələrə əsasən, onların təhlükəsizliyinə biz cavabdehik, ona görə də bu hərəkət təəssüf doğurur", - deyə Vəhid Cəlalzadə vurğulayıb.

O əlavə edib: "Polis və təhlükəsizlik qüvvələri bu hadisənin ilk anlarından səfirlikdə olub və bu işin yekunlaşmasına qədər onu diqqət mərkəzində saxlayacaqlar”.

V. Cəlalzadə sözününü davamında qeyd edib: "Mən bu hadisə ilə bağlı Azərbaycan Prezidentinin mövqeyi ilə tanış oldum. Bu, çox müdrik mövqe idi. Biz Azərbaycan hökumətinin rəsmilərindən təmkinlə, iki ölkə arasındakı münasibətlərə istinadla mövqe tutmanı gözləyirik".

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri vurğulayıb: "İslam Respublikası bu işin sonacan araşdırılmasına və səbəbkarın dəqiq müəyyən edilməsinə qədər məsələni təqib edəcək. Hər iki dövlət hakimiyyət orqanlarının hadisəyə dair mövqeləri elə olmalıdır ki, münasibətlərə xələl gəlməsin və düşmənlərin bundan sui-istifadə etməsinə imkan verilməsin.

İlkin məlumat və xəbərlər hadisənin şəxsi xarakter daşıdığını göstərir, lakin bu məsələ ilə bağlı qəti fikir bildirmək üçün aidiyyatı qurumların araşdırmanı başa çatdırmasını və nəticənin açıqlamasını gözləməliyik". /yenisabah.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...