Bill Klinton koronavirusa yoluxub

Bill Klinton koronavirusa yoluxub

ABŞ-ın keçmiş Prezidenti Bill Klinton koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə sabiq dövlət başçısının özü tviterdə yazıb.

“Xəstəliyin cüzi simptomları var. Özümü yaxşı hiss edirəm. İşlərimi evdən davam etdirirəm”, - o bildirib.

B.Klinton həmçinin koronavirusa qarşı peyvənd olunduğunu da xatırladıb: “Hətta buster dozanı da vurdurmuşam”.

Qeyd edək ki, B.Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...