Məşhur müğənninin həbsi istənilir

Məşhur müğənninin həbsi istənilir

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğluna qarşı iddia ərizəsi hazırlanıb.

“Qafqazinfo” Haberler.com-a istinadən xəbər verir ki, ulduzun “Xalqı kin və düşmənçiliyə təhrik” ittihamı ilə 1 ildən 3 ilədək həbslə cəzalandırılması istənilib.

48 səhifəlik iddia ərizəsini 702 nəfər imzalayıb.

Xatırladaq ki, konsertlərindən birində Gülşənin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...