Zabit Səmədov Venesuela prezidenti ilə görüşdü - VİDEO

Zabit Səmədov Venesuela prezidenti ilə görüşdü -

Azərbaycanlı kikboksçu Zabit Səmədov Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, 59 yaşlı prezident həyat yoldaşı Siliya Floreslə birgə “Kuruluş Osman” serialının yaradıcı heyəti ilə görüşüb.

O, bu serialın sadiq tamaşaçısı kimi rəğbətini gizlətməyib və aktyorları yaxşı tanıdığını bildirib. Maduro Gəncə bəy rolunu oynayan Zabit Səmədovla da görüşüb və onu bəyəndiyini qeyd edib. Görüş zamanı zarafatlarından qalmayan, serial qəhrəmanlarının baş geyimini taxan Maduro daha sonra “Instagram” hesabında bu seriala baxmağı tövsiyə edib:

“Kuruluş Osman” serialının aktyorları ilə görüşə münasibətim. Mən sadiq fanatam! Əgər bu seriala baxmamısınızsa, onu çox tövsiyə edirəm”.

Qeyd edək ki, Nikolas Maduro dünən Türkiyədə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Maduro daha sonra Afrikaya – Əlcəzairə səfər edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...