“Aygünün, Röyanın təzə hansı mahnısı çıxıb?” - QALMAQAL

“Aygünün, Röyanın təzə hansı mahnısı çıxıb?” -

Müğənni Elçin Cəfərov şou-biznesdə birincilik məsələsindən danışıb.

Gundeminfo.az xəbər verir ki, Lent.az -ın canlı yayımında qonaq olan sənətçi heç kimin “bir nömrə” olmadığını bildirib:

“Şou-biznesdə birincilik işlə olur. Çox işləsən, yaxşı mahnıların çıxsa, yaxşı çalışsan, o pillədə olacaqsan. Mən hazırkı vəziyyətdə birinci olan müğənni görmürəm. İndi birinci olan yoxdur. Azərbaycana görə birinci var, amma çox aşağıdadır. Bu qadın və kişi müğənnilərinə də aiddir. İrəlidə olanlar var, onları hamı bilir. Tamaşaçılarda da pis xüsusiyyət odur ki, müğənni ilə tam maraqlanmırlar. Bivec kimi davranırlar. Məsələn, şəhərdə sorğu keçirirsən, uzun illər mahnı çıxarmayan Aygün Kazımovanın və Röya Ayxanın adını çəkir. Tamaşaçı maraqlanmır ki, təzə nə mahnılar çıxıb”.

Həmin görüntüləri təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...