Azərbaycanlı aktyor Rusiyada əlinə qılınc alıb döyüşdü - VIDEO

Azərbaycanlı aktyor Rusiyada əlinə qılınc alıb döyüşdü -

Ötən ilin sentyabrından çəkilişləri başlayan Rusiya istehsalı olan “Rusiyalı qul” (Русский раб) serialının pərdə arxası görüntülərini ekran əsərində rol alan məşhur aktyor Kamran Ağabalayev gün üzünə çıxarıb.

Oxu.Az xəbər verir ki, tarixi janrda ərsəyə gələn 12 seriyadan ibarət filmin baş rollarından birini canlandıran aktyor səkkiz aydan çox lentə alınan ekran əsərində yer alan qılıncla döyüş kadrlarını izləyiciləri ilə bölüşüb.

Həmin görüntülər isə Sankt-Peterbuq şəhərinin tarixi məkanlarından birində lentə alınıb.

Karantin günlərində darıxmadığını dilə gətirən K.Ağabalayev “Rusiyalı qul” ekran əsərinin çəkilişlərinin yekunlaşdığını bildirib:

“Karantində ancaq çəkiliş meydançası üçün darıxıram. Bu video səkkiz ay müddətində çəkilən “Rusiyalı qul” serialının son günlərində çəkilib. Görüntülər məşq prosesindəndir. Yenə səhər saat 4-də oyanmağa hazıram”.

Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin rejissoru olduğu ekran əsərində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandırıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...