"Almaz Ələsgərovanın boşanmış qızları" ifadəsini işlətməyə ehtiyac varmı?" FOTOLAR
"Bu hamının başına gələ bilər, bu dünyada heç kim heç nədən sığortalanmayıb"
"Qızlarımdan əl çəkin!" Özü kimi qızları da medianın diqqət mərkəzində olan əməkdar artist Almaz Ələsgərova belə deyir.
İfaçı ANS PRESS-ə açıqlamasında, övladları Mədinə və Əminənin adlarının önündə hər dəfə "boşanmış" sözünün hallanmasından narazı olduğunu bildirdi: "Sosial şəbəkədə qızlarımın fotolarını paylaşa bilmirəm. Həmin an xəbər edirlər. Yaxşı, qoy etsinlər, amma hər dəfə "Almaz Ələsgərovanın boşanmış qızları" ifadəsini işlətməyə ehtiyac varmı?"
Onun sözlərinə görə, heç bir valideyn övladının ailəsinin dağılmasını istəməz. Lakin onun da qızlarının ilk taleləri belə alınıb. "Bu o demək deyildi ki, qızlarımın əxlaqında problem var. Onları tanıyan hər kəs tərbiyələrinə, əxlaqlarına heyran olur. Mədinəm İsveçdə təhsil alır, Əminəm isə yanımdadır. Bu hamının başına gələ bilər, bu dünyada heç kim heç nədən sığortalanmayıb. Hələ gəncdirlər, inşaAllah gələcək qismətləri yaxşı olar".
Xatırladaq ki, Almaz xanımın qızlarının hər ikisinin ilk evliliyi uğursuz olub. Böyük qızı Mədinə Londonda yaşayan Vüqar adlı bəylə ailə qursa da qalmaqallı şəkildə boşanıb.
2009-cu ildə 17 yaşında orta məktəbi bitirər-bitirməz ərə gedən ikinci qızı Əminə isə 4 ayın gəlini oldu. Hər iki qızın evliliyinin alınmamasında qaynana məfhumu rol oynamışdı.
2706 dəfə oxundu