Əməkdar artist ona məxsus şadlıq evini niyə satıb?

Əməkdar artist ona məxsus şadlıq evini niyə satıb?
"Ərindən boşanan, həbsdən çıxan gəlirdi ki, yardım elə. Ona görə də, şadlıq evimi satdım".

Bu fikirləri Əməkdar artist Yusif Mustafayev verilişlərin birinə qonaq olarkən deyib.

O, aparıcının "doğrudur ki, Cəlilabaddakı məscidin tikintisi üçün insanlardan 30 min almısınız və qalan məbləği özünüz qoymusunuz" sualına belə cavab verib:

"O məscid var idi, dağılmışdı. İnsanlarla imza topladıq, qurumlara müraciət etdik. Onlar da, insanlar da yardım etdilər. Bu söhbətə görə, 5 ay efirə çıxmayacaqdım. Pul məsələsini burada açmaq düzgün deyil. Kim nə istəyirsə, danışsın. Kim nə veribsə, Allah yolunda edib. Millətimiz yaxşıdır, amma aramızda olan naqislər mərdi qova-qova namərd edirlər. Amma 100 ildən sonra deyəcəklər ki, belə bir insan olub, Allah ona rəhmət eləsin.

Uzaqdan baxan elə bilir ki, "Kamaz"larla pulum var. Tövbə, yoxumdur. Allah ruzimi verir. Oturduğum yerdə toya gedirəm. Əziyyətlə Bakıda şadlıq evi tikdirmişdim. Orada qohumlar işləyirdi. Ərindən boşanan, həbsdən çıxan gəlirdi ki, yardım elə. Ona görə satdım. Şadlıq evinin adı var idi, bina görünürdü, içində heç nə yox idi. İnan ki, üzümün tükü yoxa çıxmışdı, kosa qalmışdım. Mənə 100 şər atırlar. Qurban olum Azərbaycan dövlətinə. Hamının nə işlə məşğul olduğunu yaxşı bilirlər".//Oxu.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...