Nəsibə Zeynalovanın oğlu SİRLƏRİ açdı: “Anar Kərimovla 3 saat söhbət etdik, ona dedim ki...”
“Anar Kərimovla 3 saat söhbət etdik. Anladım ki, o, məni başa düşmədi”
“Biri yazıb ki, mən yazıçı Anardan inciyəm”
“Nəsibə xanımın oynadığı “Qayınana” tamaşası Ginnesin Rekordlar Kitabına düşməlidir”
“Cəlil Məmmədquluzadənin millətini kiçik görməkdən başqa bir əsəri yoxdur”
“Onlara yalan danışmaq məcburiyyətində qaldım”
KOLLAJ.jpg (67 KB)
Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun Musavat.com-a müsahibəsini təqdim edirik:
- Cahangir müəllim, necəsiz?
- Çox sağ olun, hələ ki, bir şikayətim yoxdur, yaşlılıqdan başqa. (gülür)
- Vətənə nə vaxt gəlməyi planlaşdırırsız?
- Təxminən 1 ay öncə Azərbaycanda idim. Qırğızıstana festivala münsif olaraq getmişdim, oradan Azərbaycana dəvət aldım. “Qorqud Ata Türk Dünyası” Film Festivalının bağlanış mərasimində oldum. Şuşada I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etdim.
CAHANGİR.jpeg (210 KB)
Təxminən 1-2 gündən sonra Bakıda olacam. AzTV-nin Yeni il çəkilişləri ilə əlaqədar sonuncu ssenarini mənə göndərdilər, mən də gəlib çəkiləcəm dedim. Bakıda 1-2 günlük işim var.
- Müsahibələrinizin birində demisiniz ki, 2 dəfə Azərbaycanda çalışmaq təklifi aldım, lakin imtina etdim. Bəs indi necə? Azərbaycana qayıdıb burada çalışmaq istəyərsizmi?
- Hər zaman söyləmişəm ki, Azərbaycan mənim vətənimdir. Azərbaycanın mənim bacarığıma, edə biləcəklərimə ehtiyacı varsa, söyləyərlərsə, gələrəm. Amma təbii ki, mühit düzgün olsun. Bilirsiniz ki, mən sıradan bir insan deyiləm. Mənim bilgim burada tamamilə başqa bir dünya yaradıb.
PREMYERA.jpeg (190 KB)
Eşidəndə ki, mən gedirəm, ağlayan tələbələrim belə oldu. Burada dərs deyən tələbələrim var artıq, müəllimlər yetişdirmişəm. Anamdan öyrəndiklərimi, babamdan qalan genetik mirası, Bakıda Mehdi müəllimin, Moskvada Anatoli Efrosun, Peterburqda Georgi Aleksandroviç Tovstonoqovun öyrətdiklərini mən Azərbaycana verə bilərdim, amma buranın qisməti oldu. Sənətimizin bu elmi-praktiki bilgilərini bu gün Azərbaycanda bilən ikinci adamın olduğunu zənn etmirəm. Oxuyub öyrənən var, sözsüz ki, amma tətbiqi yollarını bilənin olduğunu sanmıram.
Mən SSRİ Mədəniyyət Nazirliyinin peşəni təkmilləşdirmə institutunun rəhbər kadrlar fakültəsini bitirmişəm. Doğrusu, bu, bir ideoloq təhsilidir. Teatrın təməlində ideologiya dayanır və cəmiyyətin mənəvi, əxlaqi dəyişimində çox önəmli rol oynayır. Hətta kinodan daha təsirlidir, çünki canlı ünsiyyət yaradaraq fikir oluşdurub onu canlı şəkildə təlqin edə bilən yeganə sənətdir. Burada Qarsiya Lorkanın sözlərini xatırlamaq yerinə düşər:
“Teatr bir ölkənin və millətin dirçəlişinin ən güclü və ən doğru icra vasitəsi ola bilər. Bir barometr kimi teatr millətin inkişafının və tənəzzülünün göstəricisidir. Həssas və uzaqgörən huşyar teatr (faciədən vodevilə qədər teatrın bütün janrlarını nəzərdə tuturam) bir neçə il ərzində bütün bir millətin duyğu və düşüncə biçimini dəyişdirib yüksəldə bilər, eyni şəkildə də qanad yerinə nallanacaq dırnaq yetişdirmiş şikəst teatr həmin milləti uyuşduraraq soysuzlaşdırıb məhv etməyə qadirdir”.
Bu gün Azərbaycandakı teatrın, özəlliklə aktyor hazırlığının lazımi professionallığa sahib olmadığını düşünürəm. Yəni yoldan bir az sapmışıq. Çünki bizim keçmişimiz var, bizim Adil İsgəndərovumuz, Tofiq Kazımovumuz, Mehdi Məmmədovumuz var. Bizim örnək götürəcəyimiz mütəfəkkirlərimiz var. Azərbaycan teatrının sovet teatrının bir parçası olaraq Stanislavski sistemində, bu teatr sisteminin içərisində elmi yaradıcılıq olaraq əldə edilən bir çox mərhələləri aşmışıq. Halbuki Azərbaycan teatr sənəti başqa cür, keçdiyi sənət yoluna layiq səviyyədə olmalı idi. Hər şeyin səbəbi təhsildən qaynaqlanır. Teatr təhsilimizdə yanlışlar və boşluqlar var. Onlar da öz nəticələrini verir. Təhsil sabahı müəyyənləşdirir. Yanlışları düzəltməsək, sabah nə olacaq?
MƏN İŞ İSTƏMİRƏM...
Mən biliyimi vermək istəyirəm. Biri var, mən yalvarıb iş istəyirəm, biri də var biliyimi, bacarığımı vətənimə vermək üçün bu işdən anlayan biri ilə görüşüb, bunu, bunu etmək lazımdır demək istəyirəm.
Əvvəlki nazir Anar Kərimovla görüşmüşdüm, 3 saat söhbət etdik. Anladım ki, o, məni başa düşmədi. Mən bir professional kimi sözümü dinləyə biləcək ortam istəyirəm. Mən ora sadəcə maaş almaq üçün gəlmirəm ki... Mənim Türkiyədə evim də var, özümə görə hörmətim də var. Haqqımda film çəkilib, kiçik də olsa, bir kitab yazılıb. O kitabı da, filmi də heç gözləmirdim. Onlar özləri bu qərarı verib, çəkiblər.
Mən o zaman Anar Kərimova söylədim ki, Azərbaycan teatrını hərəkətə keçirmək istəyirsinizsə, tam zamanıdır. Teatr ədəbiyyatdan, dramaturgiyadan başlayır. Vətənpərvərlik mövzusunda bir dramaturq yarışması təşkil edin, maksimum 20 min manat xərciniz çıxacaq. Məsələn, 1-ci yer 10 min, 2-ci yer 6 min, 3-cü yer 4 min manat. Adları elan olunmayan bir münsiflər komissiyası yaradarsınız, o komissiyaya da əsərlər kodla gedər. Məsələn, mən Türkiyədə oturmuşam, başqası Moskvada, bir başqası Avropada, biri Bakıda… O əsərlərin üçü yer qazanacaq, Bakı teatrlarına göndəriləcək, yerdə qalanları isə Azərbaycan teatrlarının hərəkətlənməsi üçün səbəb olacaq. Bəlkə münsiflər onları kəşf etməyib, amma gənc rejissorlar var, onlar qazanan əsəri olmasa da, hər hansı bir əsərdən ilham alıb hazırladıqca Azərbaycan teatrı canlanar. Çünki teatrı canlandıran ədəbiyyatdır, çağdaş fikirlərə sahib dramaturgiyadır.
TEATRLAR.jpeg (105 KB)
Lakin Anar Kərimov teatrı professional şəkildə bilmədiyi üçün məni başa düşmədi. Dedi, elə bu? Dedim, bunu başlayın, davamını deyərəm. Belə bir fikir var - yaxşı rəhbər istedadlı adamlara mane olmayan, onları dinləyən rəhbərdir. Yəni “rəhbərəm, hər şeyi bilirəm, mən deyən kimi olacaq”, belə olmaz.
- Azərbaycan teatrını necə görürsüz?
- Pantomima Teatrı Azərbaycan teatrının bir incisidir. Bu teatr valyuta qazana biləcək yeganə teatrdır. Çünki tamaşaçı ilə aralarında dil sərhədi yoxdur. Bakıda toplantıda idim, ABŞ-dan, Kanadadan, Türkiyədən gələn 7-8 nəfəri Pantomima Teatrına apardım. Valeh oldular. Onlar teatr adamları deyildilər. Hətta dedilər ki, biz bu teatra necə kömək edə bilərik? Mən bunu özbaşıma, dövlətə demədən etmək istəmədim. Çünki Azərbaycanın bunu etməyə gücü var. Həm də mədəniyyət nazirinin o günlərdə yeri boş idi. Sadəcə əvvəlki nazirlərin buna diqqətini yönəltmək lazım idi. O binanın təmiri Azərbaycan üçün böyük bir məsrəf deyil... Azərbaycan şəhərlər salır, binalar, gözəl teatrlar tikir. Pantomima teatrının o kiçik binasını nə var təmir etməyə? İndiyə qədərki nazirlər niyə bunu etməyiblər? Mən bunu başa düşə bilmirəm. O teatr yaşamalıdır, bunu bütün yaradıcı heyət əməyi və fədakarlığı ilə haqq edir. Çünki onun yaşamağa haqqı var.
PANTOMİMA.jpg (121 KB)
- Mən illərdir Pantomima Teatrının yanından keçərkən təəssüf ki, onun qapısında tək-tük adam görürəm. Sizcə, bu, nədən qaynaqlanır?
- Teatra tamaşaçı cəlb etmək üçün ilk növbədə binanı normal vəziyyətə gətirmək lazımdır. Məsələn, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yanından keçənlər binanın gözəlliyini görüb içəri girirlər. İnteryeri görürlər, adam oyunu başa düşməsə belə, binanın gözəlliyindən zövq alır.
Pantomima Teatrının aktyorları səhnədə oynamır. Onlar foyedə oynayırlar. Təxminən 30-40 kvadratmetr yerdə oynayırlar. Orada teatr olar? Onlar qəhrəmandır. Mən onlarla fəxr edirəm. Pantomima Teatrı ölməyibsə, qəhrəmandır. Gedin baxın, ürəyiniz ağrıyacaq. 60 nəfər tamaşaçı foyedə oturur.
Mən xariciləri ora gətirəndə onlara dedim ki, təmir işləri gedir, yəqin 1-2 aya bitər. Mən yalan danışmaq məcburiyyətində qaldım.
Amma yeni nazir Adil Kərimli gəlib ora baxıb. Mən də ona söyləmişdim. Mənə dedilər ki, söz verib, bir əncam çəkəcəklər. Pantomima Teatrı Mədəniyyət Nazirliyinin xarici turistləri cəlb edə biləcəyi bəlkə də yeganə teatrdır. Səhnə fəaliyyətə keçərsə, Bəxtiyar Xanızadə orada çox gözəl tamaşalar hazırlayar. Onlar fədakardırlar. Mən onlara böyük dəyər verirəm.
Bir neçə gün öncə Qırğızıstanın Teatr Xadimləri İttifaqının rəhbəri Janış Kulmambetov mənə zəng etdi, Pantomima Teatrının telefon nömrələrini istədi. Dedi, istəyirik ki, Pantomima Teatrı bizim festivalı rəngləndirsin.
Pantomima Teatrının 60-70 nəfərlik yeri var, o da həmişə doludur. Mən oranın boş vəziyyətini görməmişəm.
Azərbaycanda DƏHŞƏT verən alışqanlıq odur ki...
Biz yeni şeyləri özümüzündür deyə kəşf etməyə tələsmirik. Özümüzünkünə inanmırıq. Özümüzü bəyənməmək Sovet İttifaqının Azərbaycanın assimilyasiya etmə siyasətinin günümüzə qədər uzanan qoludur. Cəlil Məmmədquluzadəyə böyük hörmətim olmasına rəğmən, mən ondan inciyəm. Çünki Cəlil Məmmədquluzadə Azərbaycan xalqını kiçik görüb. Nikolay Qoqol rus xalqı haqqında ondan da betər şeylər yazıb. Amma o xalqı, o milləti yüksəldən “Taras Bulba” kimi bir əsəri yazıb. Cəlil Məmmədquluzadənin isə millətini kiçik görməkdən başqa bir əsəri yoxdur. Ona görə də Sovet İttifaqı məktəblərdə onun əsərlərinin təbliğatını aparırdı. O düşüncə bizim təhtəlşüurumuza yerləşib, biz hələ də özümüzü bəyənmirik.
Amma bu gün Azərbaycana baxdığımız zaman çox şeylə fəxr etməliyik. Biz öz ölüm anını gülə-gülə telefona çəkən, şərəflə şəhid olan oğul yetişdirmiş bir millətin övladlarıyıq. Teatrlarımız, ədəbiyyatımız bundan danışmalıdır. 3 ildir müharibə qurtarıb, o möhtəşəm dastan kimi qələbəyə layiq bir əsər yazan yoxdur hələ.
- Azərbaycandan bir az inciyəm demisiniz. İnciklik keçibmi?
- Bu cümləmi müsahibələrimdən çıxarış ediblər. Biri yazıb ki, mən yazıçı Anardan inciyəm. Mən Anar müəllimin xətrini dünyalar qədər istəyirəm. Yaradıcılığını sevirəm, şəxsiyyətinə böyük hörmətim var. Biz Kiprdə Anar müəllimlə üzbəüz oturub söhbət etdik. Dedim, Nəsibə xanım səndən incik getdi. Səbəbi soruşdu. Dedim, sən Üzeyir Hacıbəyli haqqında “Uzun ömrün akkordları” adlı film çəkdin, Cahangir Zeynalovun adı belə hallanmadı. Sanki elə bir adam yaşamayıb. Hüseyn Ərəblinskinin 6 karatlıq brilyant üzüyü olsaydı, borclarını verərdi. Pərdəni açdıran babam Cahangirin üzüyü idi. Ərəblinski babamın pulu ilə yaşayıb. Babam onu oğlu kimi çox istəyib. Evimizdə çörək yeyib, nənəm qarşısına üzüaçıq çıxıb, ona oğlum, qardaşım deyib.
Biz Üzeyir bəyin böyüklüyünü indi anlayırıq. Uzaqlaşdıqca dağın, onun böyüklüyünü indi görürük. O zaman o, hələ kəşf edilməmiş dahi idi. Elə istedadlara kömək edən Cahangirlər vardı.
- Teatrların dərdinə necə çarə tapmalı?
- Teatrların çox dərdi var. Bu dərd pul dərdi deyil. Maaş dərdi var, amma bu, ən sonuncudur. Sənəti də tanışlığa çeviriblər. Teatrda 20 il işləyən bir şəxsi necə işdən çıxarasan, ortabab artist olsa da... Azərbaycan teatrı xəstə vəziyyətdədir. Zamanında o qədər yanlış qərarlar verilib ki… Ən başlıcası baş rejissor - bədii rəhbər institutunun ləğv edilməsidir məsələn… Bu, insan anatomiyasından xəbəri olmayan birinin sağlam adamı əməliyyat etdikdən sonra şikəst edib aparatlara bağlanmasına səbəb olan “həkim” kimidir.
Hər TAMAŞA bir HADİSƏ olmalı...
Əvvəllər televiziya, reklam yox idi, tamaşadan çıxan adam deyirdi, sən gedib Ərəblinskinin filan tamaşasına baxdın?
- Yox, necə idi?
- Get, bax.
Məsələn, sən Sarabskini gördün?
- Yox.
- Get, bax.
Camaat yığışıb gedib baxırdı. Hər dəfə gəldiyində Ərəblinskinin, Sarabskinin, Cahangir Zeynalovun daha da yaxşı oynadığını, gerçək bir sənət əsəri yaratdığını və tamaşaya baxmağa dəydiyini anlayırdı tamaşaçı. Bu gün baxmağa dəyən aktyor nəsli azdır. Məsələn, əvvəllər Hökumə xanımın, Nəsibə xanımın adı afişada yazılırdı. Misal üçün, Nəsibə Zeynalovanın iştirakı ilə “Qayınana” tamaşası. Kassada biletlər bir ay əvvəldən bitirdi.
Xatırlayıram, 1970-ci il idi. Biz Musiqili Komediya Teatrının yanındakı evimizə yeni köçmüşdük. “Qayınana” tamaşası başlayacaqdı və mən balkondan Atlı milislərin (indiki polis) izdihamın qarşısını almağa çalışdığının şahidi oldum.
Teatrın səhnə fəhlələri gəlib Nəsibə xanıma “çox sağ ol” deyirdilər. “Allah səndən razı olsun, Nəsibə xanım, uşaqlarımıza çörək pulu götürdük bu gün” deyirdilər. Demək, əvvəlcədən bahalı bilet alırdılar (ən bahalı bilet 3 manat idi), tamaşa günü də o bileti 25 manata satırdılar. Həmin 60-70 manat maaş alan fəhlə deyirdi ki, mənim uşaqlarımın qarnını doydurdun, Nəsibə xanım. Camaat Nəsibə xanımın adına gəlirdi.
Bu gün hansı aktyorun adını afişaya yazsaq, elə bir ajiotaj olacaq? Sən hər gün oyna, hər gün də salon dolsun. Bu gün belə bir fenomen varmı?
Hesab edirəm ki, Nəsibə xanımın oynadığı “Qayınana” tamaşası Ginnesin Rekordlar Kitabına düşməlidir. Amma azərbaycanlı olduğumuza görə belə şeylərə çox əhəmiyyət vermirik.
QAYİNANA SON.jpg (1.12 MB)
Xatırlayıram, ikinci nəsil olaraq Nəsibə xanımla “Qayınana” tamaşasında oynayırdım. O zaman Siyavuş idi, Hacıbaba, Mobil Əhmədov, Məmmədsadıq Nuriyevdən sonra tamaşanı mən, Arif Quliyev, Ramiz Məmmədov oynamağa başladıq. Bir gün tamaşaya hazırlaşırdıq, teatrın müdiri Bala Qasımov gəlib Nəsibə xanıma dedi:
- Sizə bir şey deyəcəm, amma hirslənməyin. Nəsibə xanım, biz fikir verməmişik, amma bu tamaşa 3000-dən çox oynanılıb. Mənə icazə versəniz, çıxıb tamaşaçılara deyim, bu gün 3 mininci tamaşadır.
Çıxıb elə də dedi. Amma 3 mini keçmişdi. Mən bilirəm ki, o tamaşa sənədlərə görə 3300-ün üzərində oynanılıb. Nəsibə xanım xəstələndikdən sonra oynamırdı. O tamaşa oynanılanda tamaşaçı zalı tamamilə dolurdu.
Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru - bədii rəhbəri olmuşam. Bilirəm ki, tam anşlaq 1000 rubla yaxın (980-990) idi. Biletlər 2-3 manatdan başlayırdı, yuxarıda 70-80 qəpiyə satılan biletlər də var idi. “Qayınana” tamaşası 3000-dən artıq oynanılıb. Bu hesabla Mədəniyyət Nazirliyinə 3 milyon rubldan artıq pul gedib. O zamanın valyuta kursu ilə 5 milyon dollar.
QAYINANA.jpeg (329 KB)
Tamaşa inandırıcı, keyfiyyətli olmalıdır. Tamaşanın özü bir hadisə olmalıdır. Belə bir hadisə tamaşa varmı bu gün Azərbaycan teatrında? Məsələn, mən Pantomima Teatrının “Şinel” tamaşasını bu gün beynəlxalq teatr aləmində bir hadisə kimi görürəm. Azərbaycan teatrı onu kəşf etməyib hələ.
- Hadisə yarada biləcək rejissorlar varmı?
- Təbii ki, çox istedadlı insanlar var. Məsələn, gənc rejissor İradə Gözəlova “Anamın kitabı”nı tamamilə fərqli, gözlənilməz bir quruluşda hazırlamışdı. 4.4 Festivalının qaydasına görə, premyerası olmuş tamaşaları festivala çıxarmırlar. Festivala çıxan tamaşalar ilk tamaşasını festivalda oynamalı idilər. O qayda olmasaydı, mən inanıram ki, tamaşa bəlkə də Qran-pri almış olacaqdı. Tamaşa xarici qonaqların simpatiyasını qazandı.
Namiq Ağayevin festivalda oynadığı tamaşa da maraqlı idi, amma tam kamil deyildi. Onun əməyinə dəyər verdik, amma mən istərdim ki, Namiq kimi bir rejissorun tamaşası kamil olsun.
- Azərbaycanın, igid oğullarımızın dünyaya səs salan ZƏFƏRİNİ necə təbrik edərdiniz?
- Mən Azərbaycanla fəxr edirəm. 44 günlük müharibə zamanı mən sosial şəbəkədə çox aktiv idim. Qələbədən dərhal sonra “Öyünmək kimi olmasın, amma mən azərbaycanlıyam!” - deyə bir paylaşım etmişdim. Ermənilər mənim feysbuk səhifəmi şikayət etdilər, səhifəm 2 ildən çox bir müddətə bloklandı. 5-6 ay əvvəl açılıb.
Mən igid övladlar yetişdirən analarımızla, bacılarımla fəxr edirəm. Dünya siyasətində Azərbaycan siyasəti adlı bir anlayış yarandı. Möhtərəm Prezidentimiz İlham Əliyev siyasi dühası ilə ortaya çıxdı. Kiçik bir ölkə olasan və dünya siyasətində bir örnək olasan… Başda Ali Baş Komandan, Prezidentimiz və rəşadətli ordumuz olmaqla, səbr, müdriklik və əzmin, cəsarətin vəhdətini gördüm mən.
VEHDET.jpeg (56 KB)
“44+1 SAVAŞI”
Mən 44 günlük savaşa “44+1 tam qələbə” adını qoymuşam. 1 rəqəmi müharibənin tam qalibiyyətinin rəmzidir. Hər şeyə rəğmən, biz torpaqlarımızı azad etdik. Amma mücadilə davam edir, Azərbaycana çox basqı var. Böyük dövlətlər Ermənistandan istifadə edərək Azərbaycana basqı qurur. Amerika siyasətçiləri bunu heç gizlətmirlər də. Bu, dünyanın iyrənc siyasətidir. Bu qədər iyrənc siyasət dünyasının içərisində siyasətimizin dürüst şəkildə, kişi kimi, mərd türk zehniyyəti ilə idarə olunması sadəcə Azərbaycana aiddir. Mən bununla fəxr edirəm.
Azərbaycan xalqının qarşıdan gələn Həmrəylik Gününü, Yeni ilini təbrik edirəm. 31 dekabr müdrik Ulu Öndərin bizə miras olaraq hədiyyə etdiyi bir gündür. Mən Azərbaycan xalqının analarını, oğullarını təbrik edirəm. Mən Azərbaycan xalqının azadlığı, torpaqları, rifahı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhları qarşısında baş əyərək onları təbrik edirəm. Allah onlara rəhmət eləsin! Onlar həmişə bizim qəlbimizdə, ruhumuzda yaşayacaqlar.
Mən Azərbaycan xalqının bir damlasıyam. Harda olsam da, Azərbaycana aidəm. Bu, möhtəşəm bir duyğudur.
1111 dəfə oxundu