Oqtay Kazımovun qohumu blogerdən pul istəyib

Oqtay Kazımovun qohumu blogerdən pul istəyib

Bloger Şəfəq Məmmədova mərhum bəstəkar Oqtay Kazıminin qohumundan gileylənib.

Qaynarinfo xəbər verir ki, buna səbəb blogerin çəkdiyi videolardan birində bəstəkarın "Eşqimin bəxti" mahnısından istifadə etməsi olub. Şəfəq bildirib ki, Oqtay Kazıminin yaxınları bunun üçün ondan pul istəyib:

"Heç kim çıxıb deməsin ki, blogerlər, reklam şirkətləri milli musiqimizi təbliğ etmir. "Netflix"dəki "Terzi" kinosundakı milli musiqimizi (söhbət müğənni Şövkət Ələkbərovanın repertuarında yer alan "Məni candan usandırdı” mahnısından gedir - red.) sildirdilər. Bunu başa düşdüm. Bir çəkiliş etmişəm, milli mahnımızdan istifadə olunub. Mərhum bəstəkarın neçənci dərəcəli qohumu narazılıq bildirib ki, müəllif hüqiqlarını pozmusunuz, ödənişini etməmisiniz. Bu, nəyə lazımdır? Sizcə, bu, xoş bir hadisə deyil? Milli mahnıların yada salınması, TikTok-da trendə düşməsi xoş deyil?".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...