Azərbaycanda taksidən istifadə edənlərin sayı 18% azalıb

Azərbaycanda taksidən istifadə edənlərin sayı 18% azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtobuslarla 732 036,7 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 27,6% çoxdur.

GUNDEMİNFO.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 44 961,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 17,9% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır. Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur (Apa).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...