Ayaq üstdə dayana bilməyən Rəcəbin pensiyası kəsilib - VİDEO

Ayaq üstdə dayana bilməyən Rəcəbin pensiyası kəsilib -
Bərdə rayon Qazıqurdalı kənd sakini Rəcəb Rəcəbli anadangəlmə hidrosefaliya xəstəsidir.

Yeniavaz.com xəbər verir ki, bu yaxınlara kimi xəstəliyi ilə bağlı dövlət tərəfindən ödənilən pensiyanı onun anası Nəzakət Qarayeva alıb.

Lakin Rəcəbin 18 yaşı tamam olan kimi həmin pensiya dayandırılıb. Nəzakət xanım Real TV-yə deyib ki, ailənin maddi imkanları onsuz da məhduddur. Son dörd ayda Rəcəbin pensiyasından məhrum olmaları isə vəziyyətlərini daha da çətinləşdirib.

Ananın istəyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə çatdırılıb.

Ümid edirik ki, həmin qərar tezliklə veriləcək və ailənin durumu yaxşıya doğru dəyişəcək.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...