Acınacaqlı vəziyyətin qeydə alındığı uşaq evinin rəhbəri cəzalandırıldı - VİDEO

Acınacaqlı vəziyyətin qeydə alındığı uşaq evinin rəhbəri cəzalandırıldı -
Sosial şəbəkələrdə acınacaqlı vəziyyətin əks olunduğu videogörüntülərlə bağlı 3 saylı Uşaq Evində aparılan araşdırmalar başa çatıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tibb müəssisəsinin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılıb və araşdırılmalar aparılıb:

“Araşdırma nəticəsində 3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməyib, mütəxəssislər tərəfindən uşaqda əsasən yaz və payız aylarında kəskinləşən atopik dermotit xəstəliyi diaqnozu qoyulub.

Araşdırma nəticəsində müəssisədə ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmasına baxmayaraq, bəzi nöqsanlar müəyyən olunub.

“Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə 3 saylı Uşaq İnternat Evində acınacaqlı vəziyyəti əks etdirən videogörüntülər yayılıb. Bildirilib ki, uşaqların ərzaq, yataq dəstləri ilə bağlı təminatında ciddi nöqsanlar var.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...