Facebook, Instagram, Twitter və WhatsApp-ın işləməməsi dünyaya nə qədər ziyan vurub?

Facebook, Instagram, Twitter və WhatsApp-ın işləməməsi dünyaya nə qədər ziyan vurub?

Dünən axşam saatlarından başlayaraq Facebook, WhatsApp, Twitter və digər sosial şəbəkələrin işləməməsi bütün dünyada səs-küyə səbəb olub.

Millət vəkili, iqtisadçı alim Vüqar bayramov KONKRET.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib: “NetBlocks şirkətinin hesablamalarına görə, Facebook, Instagram, Twitter, WhatsApp və Facebook Messenger-in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmaması dünya üçün 645 milyon xərc demək idi. NetBlocks şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmaza o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə Facebook-un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik olacaq”

Vüqar bayramov əlavə edib ki, sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər: “NetBlocks şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatlarının ölçüsü əsas meyar kimi götürülür. Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan Facebook şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur”.

Qeyd edək ki, Facebook-un işləməməsi sosial şəbəkənin yaradıcısı Mark Zukerberqə təxminən 7 milyard dollar ziyan vurub. Şirkətin açıqlamasına görə şəbəkə trafikinin yüklənməsi xidmətlərin işləməməsi ilə nəticələnib və problem yaranıb. Edilən açıqlamada həmçinin problemin istifadəçilərin şəxsi məlumatlarına təsir etmədiyi və heç bir informasiyanın açıqlanmasına səbəb olmadığı bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...