Baş Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi rütbələr verilib

Baş Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi rütbələr verilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Musayev Elnur Novruz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi

Əliyev Vüqar Nurəddin oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi

Sultanov Eldar Aslan oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi

Əhmədov Mübariz Hüseyn oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...