Kanalizasiya şəbəkəsi “Azərsu”yun balansındadır - BŞİH-dən açıqlama

Kanalizasiya şəbəkəsi “Azərsu”yun balansındadır -
Sentyabrın 28-də səhər saatlarından etibarən Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağması ilə əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş verib, gölməçələr yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsi Azərsu ASC-nin balansında olduğuna görə yağışın fəsadları Azərsu ASC və kommunal təsərrüfat xidməti əməkdaşları tərəfindən aradan qaldırılır.

“Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və digər zəruri tədbirlər görülür. İntensiv yagış zamanı başqa ölkələrdə də oxşar hallar müşahidə olunur”, - deyə məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...