İsa Qəmbərin feysbuk hesabı oğurlandı

İsa Qəmbərin feysbuk hesabı oğurlandı

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin feysbuk hesabına müdaxilə edilib.

“23 iyul saat 22-dən Facebook profilimə və səhifəmə daxil ola bilmirəm. Səbəbi hələki məlum deyil. Problemin məhz PEGASUS skandalına münasibətimi bildirəndən sonra yaranması şübhəli olsa da bunun kənar müdaxilə, profilin oğurlanması və ya texniki səbəbdən baş verməsini indillik araşdırıram. Araşdırma bitəndən sonra yekun fikrimi deyəcəm” – deyə, İsa Qəmbər bildirir.

İsa Qəmbər onun adından yayıla biləcək paylaşımlara və mesajlara görə feysbukdakı dostlarını xəbərdar edib: “Dostlar, xahiş edirəm nəzərə alın ki, həmin vaxta qədər profilimdə və səhifəmdə peyda ola bilən yazılar və ya messengerdən kiməsə göndərilə bilən mesajların mənə aidiyyəti yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...