Daha bir sahibkar Azərbaycanı tərk etdi
Azəbaycanda biznes mühitinin olmaması, iş adamlarına və sahibkarlara qarşı təzyiqlə nəticə etibarilə onların ölkəni tərk etməsinə səbəb olur. Bürokratik basqılar, polis müdaxiləsi, təzyiqlər səbəbindən Azərbaycandan xeyli sayda iş adamı xaricə köç etmək məcburiyyətində qalır. Belə iş adamlarından biri də Ruslan Hüseynlidir. R.Hüseyli sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq Azərbaycanda mütəmadi olaraq təqib və təzyiqlərlə üzləşib. Nəticədə o, Azərbaycanı tərk edərək Almaniyaya köçüb.
2017-ci ilin noyabr ayının 20-də Almaniyaya mühacirət edərək həm həyatı üçün yarana biləcək problemlərdən qorunmaq həm də azad iznes həyatı qurmaq qərarına gəlib.Gundeminfo.az xəbər verir ki, belə haallar kifayət qədər çoxdur. Azərbaycanda biznes mühitinin olmaması, məmurlar tərəfindən iqtisadiyyatda yaradılan inhisarçılıq nəticə etibarilə də azad bazar iştirakçılarının ölkəni tərk etmək məcbruiyyəti qarşısında qoyub. Dünyanın bir sıra beynəlxalq təşkilatlarının hesabatlarında da Azərbaycanda biznes mühitinin pisləşdiyi bildirilir. Müvafiq olaraq iş adamlarına hansısa oliqarx məmurum himayəsi altına girməsi tələb edilir. Bununla razılaşmayanlar isə əsasən ya xaricə getmək məcburiyyətində qalır, ya da Azərbaycanda həbsxanaya yollanılırlar.
337 dəfə oxundu