Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin Tədbirlər Planına uyğun olaraq şəhid ailələri ilə növbəti görüş keçirilib. Görüşdə torpaqlarımızın işğaldan azad olunmasında, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva və qızı Pəri Nudirəliyeva, “Vətən uğrunda” Medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev və şəhidin oğlu Əli Baxşəliyev, “Vətən uğrunda” Medalı ilə təltif olunmuş şəhid əsgər Murad Məmmədovun atası İlham Məmmədov, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Ələddin Səidovun atası Azər Səidov iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək hər zaman onların yanlarında olduqlarını vurğulayıb.

A.Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların iqtisadi, sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını bildirmiş, bu qayğının hər zaman davam edəcəyini şəhid ailələrinə çatdırmışdır.

İcra başçısı görüş iştirakçılarına Prezident İlham Əliyevin imzaladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmana edilən dəyişikliyə əsasən Nərimanov Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” haqqında ətraflı məlumat verib və şöbənin müdiri vəzifəsinə yeni təyin olunmuş Vətən müharibəsi iştirakçısı Tahir İbrahimovu onlara təqdim edib. Daha sonra ailələrin gündəlik qayğıları dinlənilmiş, onların həlli istiqamətində tapşırıqlar verilmiş, şəhid övladlarının təhsili ilə maraqlanılmışdır.

Səmimi keçən görüşün sonunda şəhid ailələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.


Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...