Şamaxıda polislər qazimizi ziyarət ediblər

Şamaxıda polislər qazimizi ziyarət ediblər

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən savaşında yaralanmışqazimiz, Ovçulu kənd sakini gizir Elşad Mikayılovu evində ziyarət edib,onun qayğıları ilə maraqlanıblar. Gundeminfo.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən göstərilən diqqətə görə minnətdarlığını bildirən E.Mikayılov həmkarlarımızla döyüş təəssüratlarını bölüşüb və Vətən müharibəsi iştirakçısı olmasından qürur duyduğunu bildirib.
Şamaxıda polislər qazimizi ziyarət ediblər


Qeyd edək ki, 2012-ci ildən Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçumuz Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında igidlik göstərib. O, Hadrut qəsəbəsi, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...