Quraşdırılıb söküldüyü deyilən yolka ilə bağlı açıqlama

Quraşdırılıb söküldüyü deyilən yolka ilə bağlı açıqlama
Sosial şəbəkələrdə Sumqayıtda yeni il şənliklərinə hazırlıq getməsiylə bağlı foto yayılıb. Fotodan görünür ki, şəhərin simvolu olan “Sülh göyərçini” abidəsinin qarşısında ənənəvi yeni il yolkası quraşdırılıb. Yayılan yeni fotolarda isə ötən gecədən etibarən həmin yolkanın söküldüyü bildirilir.

“Qafqazinfo” bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, hələ şəhərdə yeni illə bağlı hazırlıq işlərinə başlanılmayıb: “Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə hər hansı yolka quraşdırılmayıb. Hələ ki, şəhərin bəzədilməsiylə bağlı da hər hansı qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək”.

Şəhərin mərkəzində yolkanın quraşdırılması və söküntüsünə gəlincə, İcra Hakimiyyətindən bundan xəbərsiz olmaqları bildirilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən illərdə həyata keçirilən tədbirlərin yenidən icrası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiyini açıqlayıb.

Quraşdırılıb söküldüyü deyilən yolka ilə bağlı açıqlama
Quraşdırılıb söküldüyü deyilən yolka ilə bağlı açıqlama
Quraşdırılıb söküldüyü deyilən yolka ilə bağlı açıqlama



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...