Vəzifəsi sürücü idi, amma döyüşürdü... - VİDEO

Vəzifəsi sürücü idi, amma döyüşürdü... -
Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də çavuş Nəzir Osmanovdur.

Unikal.org xəbər verir ki, Qaxın Qıpçaq kəndindən olan Nəzirin vəzifəsi sürücü olsa da, daim yoldaşları ilə birlikdə qızğın döyüşlərə qatılıb.

Yaxınlarının sözlərinə görə, igidimiz uşaq yaşlarından çox vətənpərvər və hərb peşəsini sevən biri olub. Hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına daxil olub və xidmətini çavuş kimi davam etdirib. Xidməti dövründə bir neçə dəfə mükafatlandırılıb.

Nəzir döyüşlərdə sürücü kimi şəxsi heyətin və silah-sursatın daşınması ilə məşğul olub. Lakin o, yoldaşlarını heç vaxt tək qoymayıb, onlarla birlikdə döyüşə qatılıb. Bir neçə yaralı hərbçimizi döyüş meydanından çıxararaq həyatını xilas edib. Kəndlər, şəhərlər işğaldan azad edildikcə də zəng edərək ailəsinə ilk şad xəbəri özü çatdırmağa çalışıb. Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığına düşən minaatan mərmisinin qəlpəsindən ağır yaralanıb. Xəstəxanaya aparılarkən isə yolda şəhidlik zirvəsinə ucalıb.

Nəzir doğulub boya-başa çatdığı Qıpçaq kəndində dəfn edilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...