General Əfqan Nağıyev də "Qarabağ" ordeni ilə təltif EDİLİB

General Əfqan Nağıyev də "Qarabağ" ordeni ilə təltif
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları təltif ediliblər.

Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilənlər arasında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan və ev dustaqlığına buraxılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev də var.

Qeyd edək ki, Ə. Nağıyev Vətən müharibəsi başlayandan döyüşlərdə sərhəd xidmətinin generalı kimi iştirak edib və xidmətlərinə görə bu ordenə layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...