Sürücü təhlükəli manevrlər etdi, uşağı boğub xəsarət yetirdi - VİDEO

Sürücü təhlükəli manevrlər etdi,

Bakı-Sumqayıt yolunda avtomobil sürücüsü təhlükəli manevrlər edib.

Report xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Noyabrın 28-də qadın sürücü özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı, “Chevrolet” markalı maşının sürücüsü əvvəl manevr qaydasını pozaraq, ona təhlükə yaradıb. Həmin vaxt avtomobildə qadının yeddi və 14 yaşlı övladları da olub.

Təhlükəni görən qadın əyləci basmaq məcburiyyətində qalıb. Avtomobildə olan övladları isə qorxub. Daha sonra “Chevrolet” markalı avtomobilin sürücüsü yol boyu ziqzaqvari hərəkətlər edərək, daha bir neçə maşına təhlükə yaradıb və yolun kənarında dayanıb.

Həmin qadın sürücünün etdiyi hərəkətlərə görə ona irad bildirib. Lakin sürücü qadını təhqir etməyə başlayıb. Bu zaman qadının 14 yaşlı övladı avtomobildən düşüb.

Bildirilir ki, “Chevrolet” markalı avtomobilin sürücüsü ananın gözü qarşısında 14 yaşlı oğlanı boğmağa başlayıb. Avtomobildə olan digər yeddi yaşlı uşaq qorxudan qışqırıb. Oradan keçən vətəndaşlar köməyə gəlib.

Artıq hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edilib.

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, daxil olan müraciət üzrə araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...