Doğma yurda dönüş üçün gerisayım: Oğul döyüşlərin gedişini lentə alıb - VİDEO

Doğma yurda dönüş üçün gerisayım:

Erməni silahlı qüvvələri tərəfindən təhvil verilən Ağdam rayonuna 35 mindən çox ailə qayıdacaq.

AZTV xəbər verir ki, doğma yurd-yuvalarına qayıtmaq planları quran ailələr arasında İsbəndiyarovlar ailəsi də var.

Onlar 1993-cü ildən rayonun Saybala kəndindən köçkün düşüblər.


Ailə başçısı Zöhrab İsbəndiyarov bildirir ki, dövlət tərəfindən onlar üçün hər bir şərait yaradıblar. Amma onlar öz yurdlarına qayıtmaq üçün günləri sayırlar.

Ağdam sakini Zəmxarə İsbəndiyarova qeyd edir ki, Ağdam Qarabağın toy beşiyi olub:

“Ağdamda bir kasıb, yetim evlənirdisə, ondan xəbərsiz toy mağarını da qururduq, kimin nəyə gücü çatırdısa, kömək edirdi”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...