Ağdamın azad edilməsi günü Bakıda bayram əhvalı - FOTOLAR

Ağdamın azad edilməsi günü Bakıda bayram əhvalı -
Erməni işğalı altında olan Ağdam şəhərinin azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.

APA-nın xəbərinə görə, günorta saatlarından etibarən əllərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş etməyə başlayıb.

30 il bu sevinci gözləyən sakinlər " Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.

Digər yürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilir.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinin qarşısına gedəcək.

Ağdamın azad edilməsi günü Bakıda bayram əhvalı -
Ağdamın azad edilməsi günü Bakıda bayram əhvalı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...