Azərbaycan minik avtomobili istehsalını 20 %-dən çox azaldıb

Azərbaycan minik avtomobili istehsalını 20 %-dən çox azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 297,9 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 %, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 %, maşın və avadanlıqların istehsalı isə 41,4 % artıb.

Yanvar-oktyabr aylarında Azərbaycanda 1 497 ədəd minik avtomobili istehsal olunub. Bu ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 383 әdәd və ya 20,4 % az minik avtomobili təşkil edir. Bu il noyabrın 1-nə ölkədə 140 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ötən dövrü ərzində ölkədə 250 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 70,4 % azdır. Bu il noyabrın 1-nə ölkədə 112 ədəd hazır məhsul ehtiyatı yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...