Rusiya Qarabağa istehkamçılarını da gətirir

Rusiya Qarabağa istehkamçılarını da gətirir
Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin hərbçiləri Azərbaycanın Qarabağ bölgəsinə gətirilir.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, hərbçilərin nəqli İl-76 təyyarəsi ilə gerçəkləşdirilir. İstehkamçıların Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi ilə məşğul olacağı bildirilib.

Partlayış təhlükəsi olan predmetlərin axtarışı və aşkar edilməsində xidməti itlərdən istifadə ediləcəyi qeyd edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...