Keçmiş döyüşçülər erməni cəmiyyətinə toxtaqlıq verir

Keçmiş döyüşçülər erməni cəmiyyətinə toxtaqlıq verir
Ermənistanda döyüşə getmək istəyən yoxdur, ona görə keçmiş döyüşçülər əhaliyə təskinlik verir.

“Report” “News.am”a istinadən xəbər verir ki, Ermənistan əhalisinə təskinlik verənlərdən biri də separatçılıq etmək istəyənlərin keçmiş nümayəndələrindən biri Senor Həsrətyandır.

O bildirib ki, guya “Azərbaycan və Türkiyə döyüşü qısa müddətə başa çatdırmağı planlaşdırıbmış: “Ancaq bu baş vermədi. İndi bizə bir az dözüm, döyüşən ermənilərə ruh vermək lazımdır. Sonra yaxşı olacaq”.

Ermənilər indiki döyüşlərdə məğlubiyyəti etiraf etməkdənsə, 1990-cı illərdə havadarlarının sayəsində Azərbaycan torpaqlarını işğal etmələrini xatırlayırlar. Ermənistanın bütün tanınmış şəxsləri və rəsmiləri çıxışlarında “qorxmayın”, “döyüşən hərbçilərimizə ruh verək”, “biz Azərbaycana sürpriz yaşadacağıq”, “qələbəyə inanaq” kimi ifadələr işlətməklə erməni cəmiyyətinə toxtaqlıq verirlər. Bütün bunlar onu da deməyə əsas verir ki, döyüşlərdən sonra ruh düşkünlüyü hökm sürür. Həm məğlubiyyət, həm hərbi texnika, həm də çox sayda canlı qüvvə itkisi Ermənistan cəmiyyətində ölüm sükutunun yaranmasına səbəb olub. Övladlarını döyüşə göndərmək istəməyənlər, onları müxtəlif ad altında hərbi xidmətdən yayındırmağa çalışır, ya da ölkədən çıxarmağa səy göstərirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...