Hərbi vəziyyətin tələblərini pozanlarla bağlı AÇIQLAMA

Hərbi vəziyyətin tələblərini pozanlarla bağlı
Daxili İşlər Nazirliyinin əməkdaşları hərbi vəziyyət və komendat saatının tələblərinə riayət edilməsilə bağlı nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, nəzarət zəmanı əsas məqsəd insanların cərimlənməsi deyil, qaydalara riayət edilməsinə təşviq etməkdir:

“Bu baxımdan hər gün komendant saatını pozan vətəndaşlarımız olur. Onlarla söhbət aparılır. Amma təbii ki, komendant saatına bilərəkdən riayət etməyən vətəndaşlarımız qanuna müvafiq qaydada cərimlənirlər”.

E.Zahidov hərbi vəziyyətin tələblərini pozan vətəndaşların dəqiq sayı barədə açıqlama verməyib.

Xatırladaq ki, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...