Bərdəyə raket hücumu nəticəsində həlak olanların sayı bilindi - RƏSMİ

Bərdəyə raket hücumu nəticəsində həlak olanların sayı bilindi -

Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində üç nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...