İsgəndər Həmidov AXH-yə videomüraciət göndərib

İsgəndər Həmidov AXH-yə videomüraciət göndərib

“Bu gün Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidovun videomüraciəti bizə daxil olub”.

Bu barədə musavat.com-a AXH İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyev məlumat verib.

Onun dediyinə görə, İsgəndər Həmidovun videomüraciətini dinləyəndən sonra əmin olub ki, AXH-nin fəaliyyəti daha da güclənəcək və əsas məqsədinə çatacaq.

F.Əliyev deyib ki, İsgəndər Həmidovun bu videomüraciəti onun sağlamlıq durumu ilə spekulyasiya edənlərə vaxtında verilən cavabdır: “Bütün təzyiqlərə, şayiələrə baxmayaraq, AXH İdarə Heyəti, hərəkatın üzvləri bir-birlərinə dəstək verdilər və bötüv bir komanda olduğunu sübut etdilər. İsgəndər bəy mənimlə əlaqə saxladı, səhhətində problemlərin hələ də galdığını və tam sağalması üçün aldığı müalicəni bir müddət rayonların birində davam etdirdiyini bildirdi. Açığı nə mən soruşmadın, nə də İsgəndər bəy harada olduğunu bildirmədi. Amma AXH-nin İH iclaslarının birində və hərəkatın 20 iyula planlaşdırdığı Qarabağ mitinqində iştrak edəcəyini dedi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...