Azərbaycan yığması "Prezident Kuboku"nda ikinci yeri tutub

Azərbaycan yığması "Prezident Kuboku"nda ikinci yeri tutub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci yeri tutub.
"Report"un məlumatına görə, Ramin Quliyevin baş məşqçi olduğu komanda finalda Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. Oyunun vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.
Azərbaycan yığmasından Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu adına layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...