Bodrumda azərbaycanlıların da olduğu oteldə kütləvi zəhərlənmə

Bodrumda azərbaycanlıların da olduğu oteldə kütləvi zəhərlənmə

“VOGUE Hotel Bodrum” istirahət mərkəzində yüzlərlə turist naməlum virusa yoluxub; otel rəhbərliyi mikrobun sudan keçdiyini desə də, müştərilər qidalardan şübhələnir
Türkiyənin kurort şəhərlərindən olan Bodrumdakı otellərdən birində kütləvi zəhərlənmə baş verib. 10 gündən çoxdur oteldə istirahətə gələn turistlər arasında qusma, qızdırma, başağrısının yayıldığı bildirilir. Hadisənin baş verdiyi istirahət mərkəzinin adı “VOGUE Hotel Bodrum”dur.

Hazırda orda ailəsi ilə birlikdə istirahət edən azərbaycanlı turistlər musavat.com-a bildiriblər ki, gəldikləri gündən bu yana özləri və ailə üzvləri yataq xəstəsinə çevriliblər. “Otel rəhbərliyindən bunun səbəbini soruşduqda bildirir ki, virus hovuzdakı sudan keçib. Amma əminik bu, bəhanədi. Turistlərin ən azı 50 faizi hazırda xəstədir. Bu da o deməkdir ki, virus qidalardan, oteldə turistlərə verilən yeməklərdən yayılıb” – deyə “VOGUE Hotel Bodrum”da olan azərbaycanlılardan biri saytımıza bildirib.

Bodrumda azərbaycanlıların da olduğu oteldə kütləvi zəhərlənmə


Başqa bir azərbaycanlı isə musavat.com-a deyib ki, hazırda xanımı və qızı virusa yoluxaraq yatağa düşüblər. Oğlunun və digər qızının isə bu gün zorla ayağa qalxdığını söyləyib.

Azərbaycanlı turistlərin daha bir əndişəsi virusun növünü bilmədiklərindən yanadır. Onlar deyir ki, bəlkə bu, elə təhlükəli virusdur ki, tez bir zamanda müdaxilə edilməli, həkim müayinəsindən, analizlərdən keçmək lazımdır. Bu rahatsızlıqlarını otel rəhbərliyinə bildirsələr də indiyədək bir tədbirin görülmədiyini deyirlər.

Musavat.com olaraq “VOGUE Hotel Bodrum” istirahət mərkəzinin rəhbərliyi ilə əlaqə saxlayıb, baş verənlərə rəy almaq istəsək də, bu cəhdimiz baş tutmadı. Gedişatı təqib edib, gəlişmələr haqda oxuculara bilgi verməyə çalışacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...