İcra başçısı səyyar qəbul keçirdi - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirdi -

İyulun 26-da Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qazaxyolçular kəndində səyyar qəbul keçirib.

Gundeminfo.az xəbər verir ki, Qazaxyolçular kənd tam orta məktəbinin həyətində, açıq havada keçirilən görüşdə Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı çərçivəsində Daşkəsəndə icra olunan layihələrdən danışıb. Rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söhbət açıb. Bildirib ki, qış aylarında güclü qar və külək elektrik verilişində fasilələr yaradırdı. Elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsi və dayaqların dəyişdirilməsi bu kimi problemləri artıq arxada qoymuşdur.
İcra başçısı səyyar qəbul keçirdi -
İcra başçısı səyyar qəbul keçirdi -


Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində Qazaxyolçular kəndinin də bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişləndirməsinə münbit şərait yaranmışdır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlərində kəndə verilən elektrik enerjisinin gərginliyinin az olması, əlavə su xəttinin çəkilməsi, kənddaxili yolların təmiri və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.
Kənd sakinləri respublikamızda və eləcə rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə bəslənən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...