Vəkillik fəaliyyəti məhdudlaşdırılan və qadağan edilənlərin - ADLARI

Vəkillik fəaliyyəti məhdudlaşdırılan və qadağan edilənlərin -

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında fəlaiyyəti dayandırılan və kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı barəsində məhkəməyə müraciət edilən vəkillərin kimliyi məlum olub.

APA-nın xəbərinə görə, fəaliyyəti dayandırılan vəkil Qəhrəman Pirməmmədovdur. Onun fəaliyyətinin bir il müddətinə dayandırılmasına qərar verilib.

Vəkil Nurəli Həsənovun Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb.


Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən iclasındapeşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb.

Töhmət elan olunan vəkillərin kimliyi açıqlanmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...