972.8 min hektar sahədə taxıl biçini aparılıb - NAZİRLİKDƏN AÇIQLAMA

972.8 min hektar sahədə taxıl biçini aparılıb -

25 iyul 2018-ci il tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 972.8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 641.7 min hektarı buğda, 331.1 min hektarı arpa sahələridir. Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Gundeminfo.az-a verilən məlumata əsasən arpa biçininin 98.4%-i, buğda biçininin isə 94.7%-i yerinə yetirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 28 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 31 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1, Qəbələ - 3) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 17 nəfərə isə (Ağsu – 1, Bakı – 1, Bərdə - 1, Beyləqan – 1, Gəncə - 3, İmişli – 3, Lənkəran – 2, Quba – 4, Şəki – 1) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib (dəyişdirilib).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...