Azərbaycan ordusunun "Ən yaxşı tank bölüyü komandiri" adı uğrunda yarış keçirilir- VİDEO

Azərbaycan ordusunun "Ən yaxşı tank bölüyü komandiri" adı uğrunda yarış keçirilir-

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda “Ən yaxşı tank bölüyü komandiri” adı uğrunda yarış keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yarışda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Nəticələrə əsasən ən yaxşı tank bölüyü komandiri müəyyən olunacaq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...