Yasamalda yaşayış binasında yanğın - sakinlər təxliyyə edildi

Yasamalda yaşayış binasında yanğın -

Bakıda yaşayış binasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...