Azərbaycan prezidenti BMT Baş Assambleyasının sədrini qəbul edib

Azərbaycan prezidenti BMT Baş Assambleyasının sədrini qəbul edib

Azərbaycan prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçakı qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Miroslav Layçakın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edib.

Dövlət başçısı ölkəmizin Qoşulmama Hərəkatının gənc, lakin, eyni zamanda, çox fəal üzvü olduğunu bildirib.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Azərbaycana hər səfərindən sonra ölkəmizdəki böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib. O, Azərbaycana Qoşulmama Hərəkatı təşkilatına sədrliyi dövründə uğurlar arzulayıb. M. Layçak ölkəmizin BMT çərçivəsində fəal roluna görə təbriklərini çatdırıb, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın mühüm tədbirlər təşkil etdiyini vurğulayaraq ölkəmizin beynəlxalq əməkdaşlıq işinə böyük töhfə verdiyini deyib. “Bakı Prosesi”nə və digər təşəbbüslərə BMT-nin verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlət başçısı bu yaxınlarda ölkəmizdə mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun keçirildiyini və BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirə müraciət ünvanladığını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev bildirib ki, ölkəmizin təşkil etdiyi beynəlxalq tədbirlər əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi işinə yönəlib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, miqrasiya və iqlim dəyişikliyi problemləri və BMT-nin qarşısında duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 11.57

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyanın 72-ci sessiyasının sədri Miroslav Layçak ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...