Millidən uzaqlaşdırılan Elvin Yunuszadə: "Qurban Qurbanov mənim üçün..."

Millidən uzaqlaşdırılan Elvin Yunuszadə:

Millinin düşərgəsindən intizamsızlığa görə kənarlaşdırılan Elvin Yunuszadə Qurban Qurbanovun qərarı barədə danışıb.

Gundeminfo.az xəbər verir ki, "Azerisport”un suallarını cavablandıran müdafiəçi çalışdırıcının haqlı olduğunu deyib:

"Bəli, yatıb qaldıq. Bu səbəbdən də iclasa gecikdik. Qurbanovun qərarı haqlıdı. Məşqçimiz bizim adımızı protokola yazmamaqla düz etdi.

Baş məşqçimizin verdiyi cəza mənim xeyrimə olacaq. Başa düşürəm ki, məsuliyyətli olmalıyam. Haqqımda verilən bütün qərarlara hörmətlə yanaşıram.
Mən baş məşqçimizə qarşı heç bir artıq hərəkətə yol vermərəm. Sosial şəbəkədə paylaşdığım şəkli də xoşuma gəldiyi üçün paylaşdım, heç vaxt Qurban Qurbanova bu cür ismarıc ünvanlamaram. Qurban Qurbanov mənim üçün böyük qardaşdır”.

Qeyd edək ki, Elvin Yunuszadə ilə Araz Abdullayev Belarusla oyuna bir neçə saat qalmış yuxudan gec oyandıqları üçün baş məşqçi Qurban Qurbanovun keçirdiyi iclasa gecikiblər. Qurban Qurbanov bu hərəkətə görə Araz Abdullayevi bağışlayıb, Elvin Yunuszadəni isə millidən uzaqlaşdırıb, həmçinin "Qarabağ”ın əvəzedici heyətinə göndərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...