İtkin alpinistlərin axtarışlarına yeni qrup qoşulmayıb

İtkin alpinistlərin axtarışlarına yeni qrup qoşulmayıb

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

Dünən bəzi KİV-lərdə “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlının adından “aztarışlara yeni qrup qoşulur” məlumatı yayılıb.

Z.Qasımlı Modern.az-a bu məlumatı təkzib edib:

“Axtarışlar növbəli şəkildə davam etdirilir. 8 gündən 1 növbə dəyişilir. Çünki çətin və soyuq hava şəraitdə davamlı işləmək olmaz. Buna görə də axtarışlar növbəli şəkildə aparılır. Bu, axtarışlara yeni qrup qoşulur anlamına gəlmir”.

Klubun rəhbəri deyib ki, növbəli işləyənlər də eyni adamlardır:
“Kimsə yeni qoşulmayıb. Məlumatı dəqiq yazmaq lazımdır. Hələ ki axtarışlar nəticəsizdir”.

26 dekabr 2017-ci il tarixində, axşam saatlarında Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...