Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 1/16 final səddini adlayan komandalar İsveçrənin Nyon şəhərindəki tədbirdə 8 cütlük təşkil edib.

UEFA-nın mənzil-qərargahındakı mərasimdə kor püşkə üstünlük verilib. İştirakçılar eyni ölkəni təmsil etmələrindən və reytinqindən asılı olmayaraq bir səbətdən çıxarılıb. Rusiyadan 3, İspaniya, İtaliya, Almaniya və Fransanın hərəsindən 2 klubun mübarizə aparacağı raundda Ukrayna, Çexiya, Portuqaliya, Avstriya, İngiltərənin 1 komandası oynayacaq. 1/8 final mərhələsinin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları 15-də baş tutacaq.

Avropa Liqası

1/8 final

"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)

"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya)

"Atletiko" (İspaniya) - "Lokomotiv" (Rusiya)

MOİK (Rusiya) - "Lion" (Fransa)

"Marsel" (Fransa) - "Atletik" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)

"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...