98 ailəyə 11 aylıq kirayə haqqı, evləri uçmuş şəxslərə isə kompensasiya veriləcək

98 ailəyə 11 aylıq kirayə haqqı, evləri uçmuş şəxslərə isə kompensasiya veriləcək

"Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb".

Bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O bildirib ki, həmin vəsaitin bank vasitəsi ilə ailələrə ödənilməsinin təmin olunması Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb: "98 ailənin sənədləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb və həmin o evlərin sürüşmə təhlükəsi olan ərazidə olmasını təsdiq edən Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlarının keçirdiyi yoxlamalar nəticəsində məlum olub".

İ.Kərimovun sözlərinə görə, Nazirlər Kabinetinin sərəncamla fevralın 10-da həmin ərazidə baş verən sürüşmə nəticəsində tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olunması, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb. Qeyd etmək istərdik ki, araşdırma nəticəsində məlum olub ki, torpaq altında qalan 4 ədəd ev 1990-cı illərdə tikilən qeyri-qanuni, heç bir sənədi olmayan evlərdir.

Buna baxmayaraq dövlətimiz vətəndaşların mənafelərini hər şeydən üstün tutaraq burada yaşayan vətəndaşların da kirayə mənzillərə köçməsi üçün vəsaitlə təmin olunmasına qərar verib" .



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...